spot_img
7 декабря, 2022
spot_img
ДомойТелекомСобытияİlk dəfə SQL üzrə SQL Hackathon 2022 keçirildi

İlk dəfə SQL üzrə SQL Hackathon 2022 keçirildi

Nəhayət Azərbaycanda ilk SQL üzrə Hackathon keçirildi. Yarış 20 Noyabr 2022-ci ildə Lütfizadə texnoloji mərkəzində baş verdi. Yarışda 15 komanda iştirak etdi. Təşkilatçılıq SQL.az tərəfindən aparılırdı. Tədbirin baş sponsoru Rabitə Bank, İnformasiya dəstəyi İnfocity jurnalı tərəfindən oldu.

Yarışdan öncə bu tədbirə böyük maraq var idi, bu səbəbdən SQL.az komandası reklam istifadə etmədən 15 iştirakçı komanda yığa bildi. İştirak etmək istəyənlər çox idi, lakin bütün iştirakçılar yoxlamadan keçdikdən sonra qeydiyyata alınırdılar. Beləliklə böyük təcrübəyə sahib olanlar yarışda iştirak edə bilmədilər. Yarışa 3 ilə qədər təcrübəyə malik olan iştirakçılar dəvət olundu.

Yarış günü 20 Noyabr saat 09:00 başladı. Demək olar ki, bütün iştirakçılar vaxtında gələrək Lütfizadə mərkəzinin böyük zalında toplandılar. İlkin olaraq açılış sözü ilə PhD Ramin Səmədov iştirakçıları salamladı və yarışların qaydaları ilə tanış etdi. Növbəti açılış çıxışında PhD Samir Səmədov SQL.az tarixçəsi haqqında və yarışın dürüst, açıq mübarizə prinsipi ilə olmasını diqqətə çatdırdı. Onu da qeyd edək ki, nəticələr onlayn şəkildə lövhədə öz əksini tapırdı və sona kimi heç bir iştirakçı qazandığı yer haqqında şübhəli qalmadı.

Növbəti söz Dizayner və Digital marketinq mütəxəssisi Nilüfər Şadlinskayaya verilmişdi. Digital Marketing və Dizayn haqqında iştirakçılara məlumat verdi. Çıxışın sonunda maraqlı video rolik təqdim edildi və bundan sonra artıq yarışın ilk mərhələsi başladı. Ümumi olaraq yarış üç mərhələdən ibarət idi. İlk mərhələdə iştirakçılar Exceldə olan məlumata əsasən beş cədvəl yaratmalı idilər. Cədvəllərdə Constraint-lər nəzərə alınaraq yaradılmalı idi. Bu da əlavə çətinlik yaradırdı. Bu mərhələdə maksimum 20 balı 4 komanda topladı və bir komanda isə 0 bal topladı. Lakin təşkilatçılar yarışın strukturunu elə təşkil etmişdilər ki, hətta ilk mərhələdə iştirakçı 0 bal toplasa da növbəti mərhələləri uğurla tamamlayıb yarışda yer tuta bilsin. Ümümi yarışda 100 bal toplanması mümkün idi. İkinci mərhələdə Oley komandası 40.5 bal yığaraq iki turu ilk pillədə başa vurdu. Colvir, Chelsea və İdev komandaları isə 45.5-47 bal arası toplayıb 3-ü yer üçün güclü mübarizə aparırdılar.

Üçüncü mərhələ yarışda ilk üç yerin təyin edilməsində ən böyük rolu oynayırdı, beləliklə cəmi dörd misal verildi, ümumi 30.5 bal toplamaq mümkun idi. Təşkilatçılar bu mərhələdə maksimum bal toplayan komanda olmasını gözləməsə də nəticədə bu turda 3 komanda maksimum bal toplayaraq bütün yekun cədvəli dəyişdi. Oley komandası üçüncü turda maksimum bal qazanaraq nəticədə 91 bal ilə ilk yerin qalibi oldu. Lightforfuture 3 mərhələdə cəmi 15 bal toplayaraq 71 bal və Üfiq komandası maksimum 30.5 bal toplayaraq müvafiq olaraq ikinci və üçüncü yerləri bölüşdürdülər.

Ən maraqlısı o idi ki, Üfiq komandası ilk turda 0 bal yığan komanda idi və sona kimi mübarizə apararaq ilk 3-lüyə daxil olmağı bacardı.

İki komanda arasınsda 2-ci yerin təyin edilməsi üçün bütün tapşırıqların göndərilmə vaxtları analiz edildi. Beləliklə Lightforfuture cavabları daha tez göndərdiyi üçün ikinci yerin sahibi oldu, Üfiq komandası isə 3-cü yeri qazandı.

Burada 3 turda maksimum bal toplayan iki xanumnan ibarət komanda haqqında məlumat vermək istərdik. Data aliens komandası çox gözəl mübarizə apararaq cəmi 1.5 bal az toplayaraq ilk 3-lüyə düşə bilməmişdi.

Digər komandalar sona kimi ilk 3-lüyə düşmək üçün mübarizə aparırdılar. Bu dəfə qələbə qazana bilməsələr də ümid edirik ki, növbəti SQL Hackathon-larda qalib olacaqlar.

Tədbirin baş sponsoru Rabitə Bank və İnformasiya dəstəyinə görə İnfocity jurnalına öz dərin minnətdarlığımızı bildiririk.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,155ФанатыМне нравится
998ЧитателиЧитать
3,127ЧитателиЧитать
719ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -
- Реклама -