spot_img
28 марта, 2024
ДомойТелекомСобытияTwitter işçiləri Maskın şirkət işçilərinin 75%-ni ixtisar etmək planlarına reaksiya verib

Twitter işçiləri Maskın şirkət işçilərinin 75%-ni ixtisar etmək planlarına reaksiya verib

Twitter işçiləri açıq məktub yayaraq İlon Maskdan daha əvvəl elan edildiyi kimi işçilərin 75%-ni ixtisar etməməyi tələb ediblər.

Bu günlərin birində onun 44 milyard dollar ödəyərək şirkəti alması üçün verilən müddət başa çatır. Xüsusilə, vaxt Cümə günü başa çatır, əks halda Delaver Məhkəməsindəki iddia yenidən başlayacaq.

Məktubda şirkət işçiləri, satın aldığı təqdirdə onların sayının qorunmasını tələb edirlər. Digər tələblər arasında işçilərin siyasi inanclarına görə ayrı-seçkiliyin olmamasını təmin edilməso də var.

Məktubda deyilir: “Biz milyarderlərin oynadığı oyunda bizə ləyaqətlə davranılmasını tələb edirik”.

Bundan əvvəl Elon Mask Twitter işçilərinin 75%-ni işdən çıxarmağı planlaşdırdığını açıqlamışdı. İstənilən halda, hətta Elon Mask olmadan da ixtisarlar kütləvi olacaqdı. Şirkətin bugünkü rəhbərliyi də 25% ixtisar etməyi planlaşdırırdı.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

 

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,055ФанатыМне нравится
1,020ЧитателиЧитать
3,086ЧитателиЧитать
710ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -