spot_img
22 ноября, 2024
ДомойТехнологииСмартфоныGoogle səhvən Xiaomi 12T Pro flaqmanının xüsusiyyətlərini açıqladı

Google səhvən Xiaomi 12T Pro flaqmanının xüsusiyyətlərini açıqladı

Bir müddət əvvəl İnternetdə yeni Xiaomi flaqmanı — Xiaomi 12T Pro haqqında şayiələr yayılmağa başladı. İndi isə Google Play Console sayəsində cihazın necə olacağını bilirik.

Məlumat bazasına əsasən, telefon ən yüksək səviyyəli Snapdragon 8+ Gen 1 prosessoruna əsaslanacaq, 120 Hz yeniləmə tezliyi olan 6,67 düymlük AMOLED ekran və Dolby Vision texnologiyası ilə təchiz ediləcək.

Google saytında, söhbət 12 GB RAM və 512 GB daimi yaddaşa malik Xiaomi 12T Pro-nun yalnız bir versiyasından gedir. Çətin ki, şirkət həqiqətən təkcə bir modifikasiya buraxacaq — ən azı 256 GB versiyasını da gözləmək olar.

Yeniliyin akkumulyatorunun tutumu 5000 mAh təşkil edir. 120 Vt sürətli şarj dəstəyi də gözlənilir.

Smartfonun əsas kamerası üçqat olacaq: əsas modul — Samsung HP1 200 meqapiksel, köməkçi 8 meqapiksel, makro sensor isə 2 meqapiksellik təsvir ölçüsündə fotoşəkil çəkə biləcək.

Ümumiyyətlə, yenilik Redmi K50 Ultra ilə çox oxşar olacaq. Fərqlər yalnız kamera modullarında gizlənir.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,991ФанатыМне нравится
1,015ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -