spot_img
23 февраля, 2025
ДомойТехнологииСмартфоныGoogle Pixel 7-nin nə vaxt təqdim ediləcəyi məlum olub

Google Pixel 7-nin nə vaxt təqdim ediləcəyi məlum olub

Google may ayında yeni smartfonları haqqında danışsa da, hələlik rəsmi açıqlama verilməyib. Bununla belə, bu gün insayder Jon Proser bildirib ki, Pixel 7 və Pixel 7 Pro modellərinin təqdimatı bu il oktyabrın 6-da baş tutacaq.

Onun məlumatına görə, cihazların ilkin sifarişinə həmin gün start veriləcək. Smartfonlar 13 oktyabr 2022-ci ildə satışa çıxarılacaq.

Şirkət hələlik bu məlumatı təsdiqləməyib.

Məlumatlarında insayder əvvəlki proqnozlara istinad edir. Proser deyir ki, Google son anda tədbiri başqa vaxta keçirə bilər, lakin bunu etməsə, təqdimat tam olaraq bu tarixdə baş tutacaq.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,971ФанатыМне нравится
1,020ЧитателиЧитать
3,086ЧитателиЧитать
713ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -