spot_img
24 ноября, 2024
ДомойТехнологииСмартфоныApple şirkəti Hindistanda smartfonlar istehsal etməyə başlayacaq

Apple şirkəti Hindistanda smartfonlar istehsal etməyə başlayacaq

Apple şirkəti Hindistanda iPhone 14 smartfonlarını istehsal etməyə başlayacaq.

Bloomberg-in verdiyi məlumata görə, korporasiya iPhone-larının əksəriyyətini uzun müddətdir Çində istehsal edirdi, lakin ABŞ və Çin hökumətləri arasında yaranan problemlərə görə alternativlər axtarır. Şirkətin qərarına, həmçinin Çinin bəzi bölgələrində koronavirusla bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi ilə əlaqədar iqtisadi fəaliyyətin pozulması risklərinin artması da təsir göstərib.

Şirkət Hindistanda istehsalı artırmaq və yeni iPhone istehsalındakı gecikməni 6-9 aya qədər endirmək üçün təchizatçılarla işləyir.

Foxconn Technology Group şirkəti Çindən komponentlərin çatdırılması və iPhone 14 cihazının Hindistanın cənubundakı Çennai yaxınlığındakı fabrikdə yığılması prosesini araşdırıb.

Şirkətin ən son smartfonlarının satışına sentyabrın 16-da başlayacağı planlaşdırılır.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az
НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,990ФанатыМне нравится
1,015ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -