spot_img
22 ноября, 2024
ДомойИнтервьюIT bazarı peşəkar kadrları fərdi qaydada necə hazırlaya bilər?

IT bazarı peşəkar kadrları fərdi qaydada necə hazırlaya bilər?

Bu gün bazar müəyyən iş təcrübəsi olan peşəkar kadrlar tələb etdiyinində, əksər hallarda universitetləri yenicə bitirən gənclər öz şanslarına güvənməlidirlər. Eyni zamanda, işəgötürənlərin demək olar ki, 90%-i məzunlar arasında zəruri bilik və bacarıqların olmamasından, eləcə də onları təcrübədə tətbiq edə bilməməsindən narazıdır. Tələbələr üçün bu vəziyyətdən yeganə çıxış yolu müxtəlif təcrübə və internatura proqramlarında iştirak etməkdir. Təəssüf ki, ölkəmizdə bu sahədə hər hansı fəallıq nümayiş etdirən şirkətlərin sayı olduqca azdır. Əksəriyyət də isə bunu sadəcə formal qaydada edir.

IT-şirkətdə intern proqramında iştirak — tələbə üçün peşəkarların təcrübəsindən yararlanmaq, bacarıqlarını tədris və ya real kommersiya layihəsində tətbiq etmək deməkdir. Uğurlu intern proqramını keçməklə, məzun mövcud komandanın üzvü olmağa şans verir. R.I.S.K. elmi istehsalat şirkəti öz internship proqramları ilə bir daha sübut etdi ki, bu təcrübə tamamilə əsaslıdır. İnternaturadan sonra R.I.S.K. peşəkar biliyi və bacarıqları olan əməkdaş, tələbələr isə peşəkar yönüm, real IT-layihələrdə iştirak təcrübəsi, gələcəkdə şirkətdə və ümumilikdə IT-industriyasında işə düzəlmək şansı əldə edirlər. İnformasiya təhlükəsizliyi üzrə internatura proqramının necə keçdiyi və iki iştirakçı üçün nə ilə nəticələndiyi haqqında R.I.S.K. EİŞ-nin informasiya təhlükəsizliyi üzrə mütəxəssisi və layihənin koordinatoru Mirsadiq Əzizli ilə söhbət etdik.

— Şirkətinizdə internatura ideyası necə yarandı?

— R.I.S.K. özünün Internship-proqramlarını 15 il ərzində reallaşdırır. Bu müddət ərzində də ali məktəblərlə əməkdaşlıq edirik. Təəssüf ki, statistikaya baxsaq, əsasən təhsil ocaqları bu cür tədbirlərə formal yanaşır. İşəgötürənlər isə gələcək kadr axtarışı zaman xüsusi seçimlərdən imtina edə bilməz. Üstəlik bazarda namizədlər arasında sağlam rəqabətin olması olduqca önəmlidir. Ötən il biz informasiya təhlükəsizliyi üzrə mütəxəssislər üçün istiqamət təşkil etdik. Şirkətin qarşısında perspektivli və ambisiyalı gəncələrə bizimlə çalışmaq imkanını yaratmaq məqsədi qoyulmuşdu. Əfsuslar olsun ki, bu gün əmək bazarında praktiki təhsil keyfiyyəti ilə ali məktəb məzunlarının bilik səviyyəsi, onların təhsili bitirdikdən sonra məntiqlə düzəlməli olduğu IT-şirkətlərin tələblərindən xeyli aşağıdır. Görürəm ki, çox vaxt gənclərin riyazi hazırlığı və çalışmaq istəyi olsa da, praktiki bilik və komandada çalışmaq təcrübəsi yoxdur. Buna görə də üstün bacarıq nümayiş etdirən son kurslarda təhsil alan gəncləri toplayaraq, ali məktəbdə əldə edə bilməyəcəyi lakin tədris proqramından kənar çıxmayan bilikləri verməyə çalışdıq.

Ötən ilin iyununda işə düşən informasiya təhlükəsizliyi üzrə internatura proqramı haqqında danışmaq istərdim. Seçim mərhələsində informasiya təhlükəsizliyi üzrə təcrübəçi üzrə vakansiyaya ümumilikdə 200 müraciət daxil oldu. Seçimin iki mərhələdə keçməsinə baxmayaraq, müraciətlərin çoxluğu və gənclərin yüksək həvəs göstərməsi seçim prosesinə üçüncü mərhələnin əlavə edilməsi ilə nəticələndi. Biz namizədlərin təcrübə proqramına olan həvəsi və onların texniki biliklərini yoxmalaq qərarına gəldik. Proses nəticəsində şirkətimizin texniki mütəxəssislərinin iştirakı ilə individual müsahibədən keçən 35 tələbə və bir neçə aspirant seçdik. Burada internatura proqramı iştirakçılarının marağına yalnız texniki biliklər deyil, eyni zamanda fənnə meyillilik, informasiya təhlükəsziliyi məsələləri üzrə potensial həllərə yanaşması, prosesləri avtomatlaşdırma bacarığı, stressədavamlılıq, komandada çalışmaq istəyi və s. bu kimi amillər təsir edib. Nəticədə Fransa-Azərbaycan Universiteti, Bakı Ali Neft Məktəbi və Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən olan 7 tələbəyə şirkətimizdə təcrübə keçmək imkanı yaradıldı.

Mirsadiq Əzizli

Bundan sonra praktikaya başladıq. İnternatura proqramı müddətində iştirakçılar iş yerləri ilə təmin edildi. R.I.S.K. mühəndisləri isə onlara tapşırıqlar verirdi. Biz onlar üçün xüsusi virtual laboratoriya yaratdıq ki, gənclər texnologiyaları öyrənərək, müəyyən istiqamətlərdə inkişaf etməyə başladılar. Gənclərin necə öyrəndiyini və komanda işinə nə dərəcədə uyğunlaşdığını izləyərək, şirkətimizdə çalışacaq namizədi müəyyənləşdirdik. Bu gün təcrübə proqramı iki tələbənin — Ləman Məmmədova və Nihad Nəcəfovun işə qəbulu ilə nəticələndi. Hər iki gənc kollektivə qoşularaq, bu gün həmkarlarına informasiya təhlükəsziliyi sahəsində reallaşdırılan və dərin ekspertiza tələb edən ciddi layihələrdə fəal yardım edirlər. Onlar artıq bir sıra texnologiyadan imtahan verib, sertifikasiyadan keçən mütəxəssislərdir. Məzunların daim öz üzərində dayanmadan çalışması və inkişaf etməsi məni sevindirir.

— R.I.S.K.-in yeni əməkdaşlarının ofisdən kənar ilk tapşırığı nə zaman olacaq?

— Bu həllər üzrə sorğu gələn kimi. Lakin biz yerimizdə saymırıq və digər perspektivli məhsullar üzrə informasiya təhlükəsizliyi istiqamətində inkişafı planlaşdırırıq. R.I.S.K. müəyyən vendorların məhsul xəttini deyil, həllər təklif edir. Buna görə də, şirkətdaxili laboratoriyada olan gənclər, istənilən an sifarişçiyə informasiya təhlükəsizliyi üzrə bütün müasir texnologiyaların funksionalını nümayiş etdirmək üçün hələlik onları tətbiq edəcək, imkan və interfeysləri öyrənəcəklər.

— İndi isə bilavasitə internatura proqramının iştirakçılarına sual vermək istərdim. Təcrübə proqramının hansı maraqlı məqamlarını qeyd etmək istərdiniz?

Ləman Məmmədova: — Ən çox sevindirən hal odur ki, proqramın tam və dəqiq planı öncədən hazırlanmışdı. Dəfələrlə eşitmişəm ki, təcrübəçiləri sadəcə ad xətrinə yığırlar. Əgər hər hansı kiçik və sadə tapşırıq olarsa, onu tələbəyə ötürürlər. Əksər hallarda təcrübəçilər sadəcə gəlir, təcrübədə olduqlarını qeyd edir, lakin sonda heç bir təcrübə qazanmırlar. Biz R.I.S.K.-a gəldikdə, ilk gündən qrup lideri informasiya təhlükəsizliyi üzrə sertifikatlaşmış mütəxəssis Mirsadiq bizimlə idi. O özü bizim icra edəcəyimiz proqramı tərtib etdi. İlkin mərhələdə bizim üçün resurs ayıraraq, əsl şəbəkəni imitasiya edən kiçik şəbəkə topologiyası üzrə tapşırıq hazırlanmışdı. Şirkət mütəxəssisləri tərəfindən keçirilən iştirakçıların düzgün seçimi nəticəsində komandaya əməksevər gənclər qoşuldu. Onlarla birgə çalışmaq zövq verirdi. Hər axşam biz görülən işlər haqqında məlumat verir, müəyyən mərhələlər üzrə təqdimat hazırlayırdıq. Bu arada, SIEM-həllərin nə olduğunu yalnız R.I.S.K.-da öyrəndim. Demək olar ki, hər birimiz hər gün yeni bir bilik əldə edirdik. Təcrübə dövründə informasiya təhlükəsizliyi sahəsinə aid bir sıra texnologiya ilə işləməli olduq.

Ləman Məmmədova

Təcrübənin qrafikinə gəlincə, bu məsələdə də heç bir problem yaranmadı. Düşünürəm ki, dördüncü kursun daha bir üstünlüyü də odur ki, ali məktəbi ziyarət etmək üzrə cədvəlimiz daha sərbəstdir. Eyni zamanda çevik iş qrafikinin üstünlüklərindən də faydalanmaq imkanımız var idi. Üstəlik universitetdə ağır tədris yükünə öyrəşdiyimdən (Ləman Fransa-Azərbaycan Universitetinin dördüncü kurs tələbəsidir), təcrübə məsələsində də çətinlik görmədim. Lakin dünyaca məhşur vendorların texnologiyaları ilə çalışmaq imkanı məni xoş təəccübləndirdi. Əslində, Azərbaycanda bu cür texnologiyaları bazarda təqdim edən öncül şirkətin mövcud olduğunu gözləmirdim. Üstəlik R.I.S.K. — ölkədə ən çox sertifikatlı mühəndisin çalışdığı şirkətlərdən biridir. Mütəxəssislərin hər birinə rahat yaxınlaşıb, işlə bağlı istənilən sual vermək olar, bu da olduqca xoş təəssurat bağışlayır. Üstünlüklərdən və xoş məqamlardan biri də odur ki, proqramda iştirak ödənilirdi.

Nihad Nəcəfov: — R.I.S.K. şirkətinin internatura proqramına qoşulduqdan sonra anladım ki, informasiya təhlükəsizliyi sahəsində nəzəri təhsil ilə şirkət müştəriləri üçün həllərin tətbiqi üzrə təcrübə arasında böyük fərq var (Nihad Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsidir red.qeydi). Əsasən internetdən götürdüyüm materiallardan bilik əldə etdiyim üçün təcrübə dövründə bir neçə dəfə çətin vəziyyətə düşdüm. Lakin buna baxmayaraq, öz üzərimdə çalışırdım. Burada SIEM-həllər, brəndmauerin iş prinsipi ilə tanış oldum. Bu təcrübə nəticəsində anladım ki, yaxın bir neçə ildə informasiya təhlükəsizliyi sahəsində mütəxəssis olmalı, sistemlərdə boşluqların mövcudluğunun təhlili sahəsində biliklərimi artırmalıyam.

Nihad Nəcəfov

— Mühəndislər komandasının rəhbərin Rəşad Sultanova sualım var. R.I.S.K. — in bu ildə internship proqramlarının inkişafı üzrə planları artıq hazırdırmı?

Rəşad Sultanov: — Bəli, əlbəttə. Yeni proqramlar bilavasitə R.I.S.K.-in yaxın gələcək üçün nəzərdə tutulan fərdi inkişaf planlarına və bazarda perspektivli həllərin müəyyənləşdirilməsinə yönəlib. Şübhəsiz ki, informasiya təhlükəsizliyinə də diqqət ayrılacaq. Çünki şirkətimizdə, konkret fənn sahələri üzrə ixtisasartırma üçün hər cür şərait yaradılıb. Biz, gözlərində maraq olan insanları tapmaqdan zövq alırıq, çünki bilirik ki, bilik çatışmazlığı yenilik yaratmaq istəyi ilə müvazinətlənir. Şirkətə təcrübəyə gələn gənclər o qədər həvəslidirlər ki, cəmi 6 aydan sonra özlərindən gözləmədiyi nəticələr göstərir. Ləmanla Nihad da bunun bariz nümunəsidir. Onlar ambisiyalı, inkişafa meyilli gənclərdir. Düşünürəm ki, bizim şirkətimizlə yanaşı, istənilən digər şirkətdə də qabağa gedə biləcəklər. Qeyd edim ki, R.I.S.K.-in onlar üçün IT dünyasına start meydançası qismində çıxış etdiyindən məmnunluq duyuruq.

Mirsadiq Əzizli: — Sonda Azərbaycan ali məktəblərinin tələbələrinə müraciət etmək istərdim. Şirkətimizdə yeni Internship-proqramlarının başlanğıcı ilə bağlı xəbərləri izləyin. İmkanlarınıza uyğun olan proqramda iştirak etmək üçün heç bir məhdudiyyət yoxdur. Hər şey sizin bilik əldə etmək istəyinizdən asılıdır. Hətta diplomu almadan məhz sizin R.I.S.K. şirkətinin yeni əməkdaşı olacağınız da istisna olunmur.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,991ФанатыМне нравится
1,015ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -