Ötən gün “Facebook” və “Instagram” sosial şəbəkələrinin sahibi Meta yeni qanuna görə Avropa bazarından çıxma ehtimalı barədə xəbərdarlıq edib. Fransa və Almaniya nazirləri buna cavab veriblər.
Almaniyanın İqtisadiyyat naziri Robert Habeck, «hack-dən sonra mən dörd il Facebook və Twittersiz yaşadım və həyat fantastik idi» dedi. Fransanın maliyyə naziri Bruno Le Maire əlavə edib: «Mən təsdiq edə bilərəm ki, Facebook olmadan həyat çox gözəldir və biz onsuz da yaxşı yaşaya bilərik». O qeyd edib ki, rəqəmsal nəhənglər başa düşməlidirlər ki, Avropa öz suverenliyi üçün mübarizə aparacaq.
Xatırladaq ki, Avropa İttifaqının yeni qanunları istifadəçi məlumatlarının Avropa Birliyi daxilində saxlanmasının təmin edilməsini tələb edir.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az