Digitimes saytı Apple şirkətinin qarışıq reallıq (AR + VR) cihazı barəsində yeni məlumatları təqdim edib. Təqdim edilmiş məlumatlarda cihazın təqribi texniki özəllikləri, qiyməti və nə zaman satışa çıxacağı əks olunub. Beləliklə verilmiş məlumata əsasən Apple qarışıq reallıq cihazının texniki testinin ikinci mərhələsini yekunlaşdırıb və onu 2022-ci ilin sonunda təqdim edə bilər. Məlumatda qeyd edilib ki, qarışıq reallıq cihazı 4K keyfyyətli bir neçə ədəd micro-LED ekran ilə təchiz olunacaq.
Çox güman ki, söhbət, bir neçə müddət bundan öncə Sony tərəfindən təqdim edilmiş 4000×4000 piksel keyfiyyətli 1.4 düym ekranlardan gedir. Güman olunur ki, cihazın satışlarına start verilən zaman o, 3150$ qiymətində satılacaq. Əvvəlki məlumat sızıntılarında qeyd edilmişdi ki, qarışıq reallıq cihazı həmçinin 2 ədəd prosessor ilə təchiz olunmalıdır. Onlardan biri 4 nanometrlik, digəri isə 5 nanometrlik olmalıdır. Prosessorlardan biri öz gücünə görə Apple M1 prosessoru ilə eyni səviyyədə olacaq. Bununla yanaşı cihazın jestlərlə idarəetmə sistemini əldə edəcəyi gözlənilir.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az