Sənaye analitiki Ross Yanq Twitter-də öz izləyiciləri ilə yeni monoblok iMac Pro-nun təqdimatının gözlənilən vaxtı haqqında məlumatlarını bölüşdü. O bildirir ki, Apple bunu gözlənildiyi kimi yazda deyil, 2022-ci ilin avqust-sentyabr aylarında təqdim edəcək. Onun sözlərinə görə, gecikməyə displeylərin təchizatı ilə bağlı problemlər səbəb olub. Şirkət onları lazımi miqdarda yalnız iyun ayından sonra alacaq.
iMac Pro (2022), yüksək kontrast və parlaqlığa malik mini-LED displey alacaq. Şayiələrə görə, amerika şirkəti növbəti nəsil monoblokları ən yeni Apple M2 prosessoru ilə təchiz edəcək.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az