Sonuncu dəfə Samsung Galaxy Note seriyalı smartfonlar iki il əvvəl yenilənib. O vaxtdan bəri şəbəkədə onun ləğvi ilə bağlı şayiələr yayıldı və şirkət diqqətini Galaxy S ailəsinin modellərinə yönəldib. Buna baxmayaraq, satıcının daxili materiallarından birində bu yaxınlarda digər cihazlarla birlikdə Note xəttinin qeyd edilməsi diqqət çəkdi.
İnsayderlərin fikrincə, şirkət hələ 2022-ci ildə tam stiluslu yeni Galaxy Note təqdim edə bilər. Ancaq hələlik bu nəzəriyyənin rəsmi təsdiqi yoxdur. “Dondurulmuş” seriyanın yeni cihazının təxmini texniki göstəriciləri də məlum deyil.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az