Samsung-un yeni məhsullarının təqdimatını gözləmədən, iki Avropa onlayn mağazası (Zanetti Shop və Epto) bir anda Galaxy S22+ modelinin təxmini pərakəndə satış qiymətini dərc etdi.
Pərakəndə satıcının fikrincə, 8/128 GB yaddaş konfiqurasiyasında Exynos 2200 prosessoruna əsaslanan smartfon müştərilərə satışın başlanğıcında Galaxy S21+ qiymətindən 150 avro baha, yəni 1190 avroya başa gələcək.
Şirkətin yeni smartfonlarının təqdimatı fevralın 8-də gözlənilir. Samsung özü hələ ki, onların dəyəri barədə heç bir məlumat verməyib.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az