Dünənki tədbirdə Xiaomi yeni proqram təminatının, smartfonların, smart saatların və qulaqlıqların təqdimatı ilə məhdudlaşmadı — şirkət öz möhtəşəm planlarını bölüşdü.
Xiaomi şirkətinin baş direktoru və təsisçisi Lei Jun bildirib ki, şirkət smartfon istehsalında qlobal liderlərlə ciddi rəqabət aparmaq və yaxın üç il ərzində sənayedə bir nömrəli brend olmaq niyyətindədir. Lei Jun xatırladıb ki, bu il Xiaomi qısa müddətə də olsa, smartfon tədarükünə görə Apple-dan yan keçərək bu kateqoriyada ikinci yeri tutdu.
Həmçinin, Xiaomi-nin Avropa bazarında öz mövqeyini möhkəmləndirmək imkanı var, çünki bu regionda aparıcı Samsung-un satış göstəriciləri son vaxtlar aşağı düşür.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az