spot_img
24 апреля, 2024
ДомойТехнологииМониторыBOE Premium Mini-LED displeylərini təqdim etməyə hazırlaşır

BOE Premium Mini-LED displeylərini təqdim etməyə hazırlaşır

Verilən məlumata görə, yaxın günlərdə BOE şirkəti 5K və 8K təsvir ölçülü iki mini-LED paneli təqdim edəcək. Onların diaqonalı müvafiq olaraq 27 və 31,5 düym olacaq. Bundan əlavə, 1152 işıqlandırma zonasına malik 31,5 düymlük 4K displeyin təqdimatı gözlənilir.

Yeni cihazlar dekabrın 21-də nümayiş etdiriləcək və yeni nəsil matrislərə əsaslanan ilk qurğular 2022-ci ildə satışa çıxarılacaq. Analitiklər bildirirlər ki, yeni panellər əsasında hazırlanan monitor və televizorların qiyməti ucuz olmayacaq. Müqayisə üçün qeyd edək ki, oxşar BOE matrisinə əsaslanan 27 düymlük Lenovo monitorunun qiyməti 3000 dollardır.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,049ФанатыМне нравится
1,019ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -