Verilən məlumatlara görə, Apple tezliklə test rejimində iPhone SE 3-ün buraxılması üçün istehsal xətlərini işə salacaq. Bir neçə ay ərzində Amerika şirkəti aşkar edilmiş çatışmazlıqların düzəldilməsi ilə cihazın son versiyasını hazırlayaraq dizaynında bir sıra dəyişikliklər edə bilər. Cihazın iPhone SE Plus adı ilə bazara çıxacağı ehtimal edilir.
İnsayderlər iddia edirlər ki, yeni smartfonun displeyinin diaqonalı 4,7 düym olacaq. Eyni zamanda, Apple gadgeti 3 və ya 4 GB Operativ yaddaşla birlikdə barmaq izi skaneri, 12 meqapiksellik arxa kamera və A15 Bionic prosessoru ilə təchiz edəcək. Smartfonun pərakəndə satış qiyməti hələlik məlum deyil.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az