spot_img
19 апреля, 2024
ДомойТехнологииСмартфоныRealme-nin ilk premium flaqmanı ortaya çıxdı

Realme-nin ilk premium flaqmanı ortaya çıxdı

Şəbəkədə artıq gələcək flaqman Realme smartfonu haqqında məlumat var. Söhbət IMEI bazasında peyda olan Realme GT 2 Pro-dan gedir.

Qarşıdan gələn cihazın özəlliyi ondan ibarətdir ki, o, brendin ilk premium flaqmanı olacaq. Üstəlik, şirkət özü bu barədə hələ açıqlama verməyib, lakin mənbələr artıq bir sıra təfərrüatları əldə ediblər.

Beləliklə, təsdiqlənmiş insayder Digital Chat Station-un sözlərinə görə, yeni məhsul 2022-ci ilin əvvəlində təqdim etdiriləcək. Flaqmanın ilkin dəyəri 625 dollar təşkil edir. Realme GT 2 Pro-nun 6,51 düymlük Full-HD + Super AMOLED ekran və alt ekran barmaq izi skaneri alacağı güman edilir. Prosessor kimi Qualcomm Snapdragon 888 çıxış edə bilər. Smartfonun 8GB operativ və 128GB daxili yaddaşla təchiz ediləcəyi gözlənilir.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,051ФанатыМне нравится
1,021ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -