Kaspersky-nin beynəlxalq sorğusuna görə* əksər valideynlər (61%) uşaqları üçün müsbət rəqəmsal vərdiş nümunəsi göstərməkdə çətinlik çəkirlər. Bəzən heç özləri uşaqları üçün tətbiq etdikləri qaydalara əməl etmirlər. Amma böyüklərin 54%-i qeyd edib ki, öz ailələrində müsbət rəqəmsal vərdişlər aşılamağa cəhd edirlər.
Uşaqlar rəqəmsal sahə də daxil olmaqla, həyatın bütün sahələrində valideynlərini təkrarlamağa meyllidirlər, bəzi valideynlər isə onlardan özlərinin yerinə yetirmədikləri şeyləri tələb edirlər. Məsələn, böyüklərin demək olar ki, yarısı (48%) bir gündə rəqəmsal cihazlarda üç saatdan beş saata kimi vaxt keçirirlər. Sorğuda iştirak edənlərin əksəriyyəti (62%) bu vaxt müddətini normal hesab edir. Amma bununla belə, 53% respondent uşaqlarının cihazlarda iki saatdan çox vaxt keçirməməsini istədiyini bildirib.
Respondentlərin bir hissəsi müəyyən davranışları özü üçün məqbul, uşaqları üçün isə qeyri-məqbul hesab edirlər. Məslən, böyüklərin 37%-i ailə üzvlərinin şəklini sosial şəbəkələrdə paylaşır, amma cəmi 24% valideyn uşağına eyni paylaşım üçün icazə verməyə hazırdır.
“Uşaqlar valideynlərinin bir çox vərdişini mənimsəyirlər. Onların rəqəmsal fəaliyyətlərini heç bir izah vermədən məhdudlaşdırmağa çalışmaq qeyri-effektiv addımdır. Daha yaxşı olar ki, ailəlikcə eyni qaydalara əməl olunsun. Əgər bu alınmırsa, uşaqlara səbəbləri izah etmək lazımdır. Məsələn, valideynlərə ekran arxasında daha çox vaxt keçirmək olar, çünki bu iş üçün lazımdır”, — deyə Kaspersky-nin Azərbaycandakı nümayəndəsi Müşviq Məmmədov bildirib.
Uşaqlara internetdə təhlükəsiz vaxt keçirməyə kömək etmək üçün Kaspersky valideynlərə tövsiyə edir:
- internetdə uşaqlarla birlikdə məlumat axtarmaq və fərqli mövzuları öyrənmək;
- əgər uşaq rəqəmsal dünyanı yeni-yeni dərk etməyə başlayırsa, onun cihazına
uşaqların onlayn təhlükəsizliyi üçün tətbiqlər yükləmək, amma onu bu barədə mütləq məlumatlandırmaq və həmin həllin necə çalışdığını izah etmək.
Uşaqları onlayn təhdidlərdən qorumaq üçün Kaspersky mütəxəssisləri Kaspersky Safe Kids həllini hazırlayıblar. O, valideynlərə uşaqların arzuolunmaz sayt və tətbiqlərə girişini məhdudlaşdırmağa, onların internetdə nə axtardığından xəbərdar olmağa və tətbiqlərdən istifadə müddətini tənzimləməyə imkan verir. Kaspersky Safe Kids həmçinin real vaxt rejimində uşağın cari yerini müəyyən etməyə kömək edir və onun cihazında enerji azalması barədə məlumatlandırır.
* Sorğu Kasperky-nin sifarişi əsasında Sapio agentliyi tərəfindən 2021-ci ildə həyata keçirilib. Sorğuda dünya üzrə 11 mindən çox respondent iştirak edib. Respondentlər 7-12 yaşlı uşaqları ilə daimi yaşayan valideynlər olub. Sorğuda qlobal miqyaslı məlumatlar təqdim olunur.