TENAA Çin Sertifikatlaşdırma Mərkəzinin məlumat bazasında bu ilin yazında təqdim edilən OPPO K9 smartfonunun dəyişdirilmiş versiyası barədə məlumat verilib. PGCM10 kod nömrəli gadget 6,5 düymlük Full HD+ həlli, 33 vatt sürətli şarj dəstəkləyən 5000 mAh batareya ilə təchiz edilib və 4/6/8 QB operativ və 128/256 QB daxili yaddaşla bir neçə modifikasiyalarda təqdim edilmişdir.
Smartfonun arxa tərəfində 64, 2 və 2 meqapikselli sensorlar olan əsas kamera bloku quraşdırılıb. Selfie sensorunun təsvir ölçüsü 16 meqapikseldir. Həmçinin məlumdur ki, yeniliyin qalınlığı 8,8 millimetr, çəkisi isə 191 qram olacaq.
Prosessorun modeli və cihazın təqdimat tarixi hələlik açıqlanmayıb.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az