Digital Chat Station smartfonun əsas texniki xüsusiyyətlərini dərc edib.
Yeni Redmi K50 seriyasına üç cihazın daxil olacağı gözlənilir: K50, K50 Pro və K50 Pro+. Mənbənin sözlərinə görə, köhnə model Qualcomm Snapdragon 898 flaqman çipsetinə, qalan ikisi isə Snapdragon 888 və ya 870 prosessoruna əsaslanacaq. Həmçinin bildirilir ki, hər üç yeni cihaz 67 vattlıq batareya ilə təchiz ediləcək.
Bu yaxınlarda məlum olub ki, Redmi K50 alt ekran barmaq izi skanerinə, AMOLED matrisinin 120 Hz yeniləmə sürətinə və 108 meqapiksellik əsas kameraya sahib olacaq.
Əvvəlki seriyanın bu ilin əvvəlində təqdim edildiyini nəzərə alsaq, Redmi K50-nin də 2022-ci ilin ilk rübündə təqdim ediləcəyi gözlənilir.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az