Şəbəkə mənbələrinə görə, yeni smartfonu, sələfi ilə müqayisədə bir sıra dəyişikliklər gözləyir. Xüsusilə, 1/1.56 düymlük RYYB sensoru olan 50 meqapiksellik kamera ilə təchiz ediləcək. Beləliklə, nova 9-un gələcək sahibləri yüksək keyfiyyətli görüntülərə arxalana bilərlər.
Texniki olaraq, yaşıl piksellərin sarı rənglərlə əvəz olunduğu RYYB matrislərinin istifadəsi, əhəmiyyətli dərəcədə daha yaxşı işığa həssaslıq əldə etməyə imkan verir. Gadgetın 100 vatt sürətli şarj üçün 4500 mAh batareya alacağı da məlumdur. HarmonyOS 2.1 firmware ilə yeni cihazların təqdimatı 23 sentyabrda planlaşdırılır.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az