Məlumata görə, Apple, MacBook Air seriyalı noutbuklarının görünüşünü və konfiqurasiyasını əsaslı şəkildə dəyişdirməyi planlaşdırır.
2022-ci ilin modelləri, nüfuzlu insayder Ming-Chi Kuo’nun sözlərinə görə, mini LED displeylərlə təchiz ediləcək. Cihazlar eyni anda dörd USB 4.0 portu və maqnit MagSafe şarj konnektoru alacaq.
Mark Qurmanın verdiyi məlumata görə, MacBook Air sələflərindən daha incə və yüngül olacaq. Cihazların «ürəyi» ehtimal ki, Apple M2 prosessoru olacaq. Yeni məhsulların satışa çıxarılması 2022 -ci ildə gözlənilir.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az