TikTok daha uzun, yəni 3 dəqiqəyədək videoları dəstəkləyən əlavə tətbiq edib.
2020-ci ildə videoların uzunluğunu 15 saniyədən 1 dəqiqəyək artıran TikTok ilkin olaraq ötən ilin sonunda hazırkı funksiyanı sınaq olaraq bəzi istifadəçilərə təqdim etmişdi. Belə ki, 3 dəqiqəlik video yerləşdirmək imkanından qarşıdakı bir neçə həftədə bütün istifadəçilər yararlanacaq.
Bundan əvvəl TikTok servisinin sahibi olan Çinin “ByteDance” şirkətinin 2020-ci ildə mənfəətini 2,1 dəfə artıraraq 34,3 milyard ABŞ dollarına çatdırıldığı bildirilmişdi.