Beləliklə, məlumatlara görə, cihazın iki versiyası — F20RID1A012 və F20RID1A016 təqdim olunacaq. Birincisi Wi-Fi dəstəyi, ikincisi isə LTE alacaq. Hər iki modelin əməliyyat həcmi 4 GB, daxili isə 64 GB olacaq. Planşetlərin 10,36 düymlük ekranlarla təchiz ediləcəyi də bildirilir.
Texniki xüsusiyyətlərə əlavə olaraq, yeni məhsulların dəyəri də açıqlanıb. Standart model 257 dollara, SİM kartlı planşet isə 280 dollara satılacaq. İnsayderlərin fikrincə, yaxınlaşan planşet bu ilin payızında, yəni oktyabr ayında elan edilə bilər. Planşetlərin flaqman X-seriyalı smartfon və Nokia G50 modelinin debütü çərçivəsində təqdim ediləcəyi ehtimal edilir.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az