Beləliklə, mənbələrə görə iPhone SE 2022, beşinci nəsil şəbəkələri üçün dəstək alacaq və eyni zamanda Apple-ın ən ucuz 5G smartfonu adını alacaq. Xatırladaq ki, hazırda ən sərfəli 5G iPhone 699 dollara satılan iPhone 12 mini-dir.
İnsayderlər iPhone SE 2022-nin əvvəlki nəslin təkmilləşdirilmiş versiyası olacağını deyirlər. TF International Securities şirkətindən analitik Ming-Chi Kuoya görə, 2022 iPhone SE-nin ölçüsü dəyişməyəcək. Analitik Ross Young da 2022 iPhone SE-nin ekran ölçüsünün əvvəlki versiyadakı kimi qalacağını söyləyir.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az