Amazon 2012-ci ildə ABŞ-ın Wickr şirkəti tərəfindən yaradılan eyniadlı şifrəli mesajlaşma tətbiqetməsini satın alıb.
Sövdələşmənin məbləği açıqlanmır.
Wickr – WhatsApp və Signal-a bənzər şəkildə şifrələnmiş rabitə texnologiyasına sahib mesajlaşmadır.
Amazon-dan xüsusilə COVID-19 pandemiyası səbəbindən “hibrid” iş şəraitinə keçməsi ilə təhlükəsiz kommunikasiyaya ehtiyacın artdığı qeyd edilib. Şirkətin vitse-prezidenti və informasiya təhlükəsizliyi üzrə direktoru Stiven Şmidt Wickr-in ən etibarlı “ucdan uca” şifrələnmiş rabitə texnologiyası hazırladığını söyləyib.
İndi Wickr tətbiqindən həm dövlət şirkətləri, həm də korporativ şirkətlər istifadə edir.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az