Redmi, Redmi Note 10 5G smartfonlarının yenilənmiş seriyası üçün rəsmi bir teaser dərc etdi. Beşinci nəsil şəbəkəni dəstəkləməklə yanaşı, cihaz yeni bir dizayn da əldə edəcəkdir.
Smartfonda düyməyə inteqrasiya olunmuş barmaq izi skaneri olacaq. İnsayderlərə görə yeni məhsul bir Dimensions 900/1100 və ya yeni Snapdragon 778Gprosessoru, həmçinin 6,5 düymlük Full HD+ ekran, 48 meqapiksellik əsas kamera və 22,5 vatt dəstəkli 5000 mAh batareya ilə təchiz ediləcək.
Redmi Note 10 5G, Note 10 Pro və Note 10 Pro Max-ın təqdimatı 26 mayda baş tutacaq.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az