Bitcoin-in məzənnəsi aprel ayında qeydə alınmış tarixi rekord həddinə nisbətən 2,1 dəfə ucuzlaşıb.
Ən böyük kriptovalyuta birjası olan Binance-da Bitcoin 29 faiz ucuzlaşaraq 31,4 min ABŞ dollarından satılıb. Hərrac zamanı Bitcoin-in məzənnəsi yanvarın 25-dən bəri ilk dəfə 30 min dollaradək azalıb.
Həmçinin, 20-dən artıq birjanın göstəriciləri əsasında orta rəqəm təqdim edən CoinMarketCap-a görə Bitcoin gün ərzində 29,8 faiz ucuzlaşaraq 30.858 dollardan satılıb.
Xatırladaq ki, aprelin 14-də Bitcoin-in məzənnəsi tarixi rekordunu növbəti dəfə yeniləyərək 64.854 ABŞ dollarından satılmışdı.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az