ABŞ məhkəməsi Pentaqonun Xiaomi şirkətini “Çinin hərbi müəssisələri” siyahısına salmaq qərarını ləğv edib.
Bu ilin yanvarında ABŞ hökuməti Xiaomi də daxil olmaqla Çinin 9 şirkətinə amerikalı sərmayədarlarla əməkdaşlıq etməyə qadağa qoyub. Belə ki, bu şirkətlərin çinli hərbçilərlə əlaqədə olduğu iddia olunub.
Məhkəmə qərarından sonra amerikalı biznesmenlər Xiaomi-nin səhmlərini satın alacaqlar.
Bir müddət öncə ABŞ federal məhkəməsi Xiaomi yə qarşı tətbiq edilmiş sərmayə qadağası barədə hökumətin qərarını müvəqqəti dayandırıb.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az