Sony Corporation şirkəti Xperia1 aparıcı smartfonunun üçüncü nəsli Xperia1 III-ü təqdim edib.
Video formatda keçirilən təqdimata görə, sələfi kimi 21/9 ölçülü olan 4K çözümlü, 120 Gz tezlikli 6,5 düyümlük AMOLED ekranı olan yeni smartfon 5G modemi olan Qualcomm Snapdragon 888 prosesoru ilə təchiz olunub. 12 GB RAM, 256 MB ROM yaddaşına malik cihazın yaddaş kartı və qulaqlıq girişi olan slota da malik olan yeganə top smartfon olması da diqqətəlayiqdir.
Ön kamera bloku 12 MP-lik üç və 0,3 MP-lik kameralarından ibarət, 8 MP-lik arxa kamerası olan Xperia1 III həmçinin 4500 mAh batareya və 30 Vt-lıq simli və simsiz adapterlə də təchiz olunub.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az