SamMobile-a görə, Samsung bu il yalnız iki qatlana bilən ekranlı smartfon təqdim etməyi planlaşdırır. Eyni zamanda, nisbətən sərfəli Galaxy Z Fold Lite modelinin buraxıması, çox güman ki, 2022-ci ilə təxirə salınacaq. Yeniliyin əsas xüsusiyyəti Z Fold2 və Z Flip 5G ilə müqayisədə ucuz qiymət olmalıdır.
Analitiklər qatlana bilən cihazın Lite versiyasının təqdim edilməsinin gecikməsinin səbəblərindən biri kimi mobil çip çatışmazlığını göstərirlər.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az