spot_img
20 апреля, 2024
ДомойТехнологииСмартфоныSamsung Galaxy M42 5G-in dizaynı və təqdimat tarixi açıqlandı

Samsung Galaxy M42 5G-in dizaynı və təqdimat tarixi açıqlandı

Samsung, yeni Galaxy M42 smartfonunu özündə əks etdirən bir reklam afişası yayımladı. Dizayn xüsusiyyətlərinə əlavə olaraq, beşinci nəsil mobil şəbəkələrə dəstək olan smartfonun təqdimat tarixini də açıqladı.

Göründüyü kimi yenilik dörd sensorlu arxa kamera alacaq. Mövcud məlumatlara görə, smartfon Snapdragon 750G prosessoruna əsaslanacaq və Samsung Pay, Knox Security, Secure Folder, AltZLife və Content Suggestions xüsusi texnologiyaları üçün dəstək alacaq.

Yeniliyin digər xüsusiyyətləri açıqlanmır. İnsayderlərə görə, model 6,6 düym ekran, 8 GB RAM və 128 GB daxili yaddaş, həmçinin 48, 8, 5 və 5 meqapiksel kamera sensorları ilə təchiz ediləcəkdir. Cihaz 15 vatt sürətli şarj dəstəyi ilə 5000-6000 mAh batareyaya sahibdir.

Galaxy M42 5G-nin təqdimatı 28 aprel tarixində baş tutacaq. Cihazın təxmini qiyməti 335 dollar civarında olacaq.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,050ФанатыМне нравится
1,021ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -