Pandemiya şəraitində rəqəmli pullara marağın artması Ethereumun da son vaxtlar sürətli bahalaşmasına rəvac verib.
Coin MarketCap-ın sözlərinə görə, bu gün, Ethereum 10,57 faiz bahalaşaraq 1566 ABŞ dollarından, ən böyük kriptovalyuta birjası olan Binance da isə 8,67 faiz bahalaşaraq 1543 dollardan satılıb. Ethereum-un bundan əvvəlki rekord məzənnəsi 1428 dollar yanvarın 19-da qeydə alınmışdı.
Bununla yanaşı, ən geniş yayılmış kriptovalyuta olan bitkoin bu gün 6,5 faiz bahalaşaraq 36500 ABŞ dollarından satılır.
Binance-ın Rusiyadakı nümayəndəsi Qleb Kostarev kriptovalyutaların artımını törəmələr bazarındakı canlanmanın nəticəsi kimi qiymətləndirərək «Etheurum»dakı artımın bütün kriptovalyutalara sirayət etdiyini bildirib.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az