Nubia Technology CEO Ni Fei, ZTE-nin yeni qabaqcıl smartfonu üçün bir tizer yayımladı. Göstərilən görüntüyə əsasən Axon 30 Pro, flaqman Snapdragon 888 platformasını alacaq. Əgər şirkət sələfi Axon 20 5G-nin dizaynını qoruyub saxlasa, yenilik markanın alt ekran kamera sensoruna sahib ikinci smarfonu olacaq.
Yeni məhsulun təqdimatının 2021-ci ilin birinci yarısında baş tutacağı gözlənilir.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az