Microsoft-un növbəti qabaqcıl noutbuku, Surface Pro 8 olacaq və 11-ci nəsil Intel Tiger Lake prosessorunu alacaq. Şirkət cihazın baza versiyasını yeniləməyi planlaşdırır — Surface Pro 7-nin varisi 4GB əvəzinə 8GB RAM ilə təmin ediləcək. Lakin cihazın dizaynı əvvəlki kimi qalacaq.
Gadgetın bir neçə modifikasiyada təqdim ediləcəyi gözlənilir: Intel Core i3, i5 və i7 prosessorları ilə. Maksimum RAM miqdarı, Intel Core i7 prosessorlu versiyada 16 GB olacaqdır. Yeni məhsulların satış tarixi və qiyməti hələ məlum deyil.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az