Max J ləqəbi ilə tanınmış bir məlumatçı öz mənbələrinə istinad edərək, OnePlus-un OnePlus Watch markalı ağıllı saatının buraxılışını təxirə salmaq məcburiyyətində qaldığını söylədi. Bundan əvvəl istehsalçı rəsmi olaraq belə bir cihaz üzərində işin həqiqətən davam etdiyini təqdiqləmişdi. Təəssüf ki, yeniliyin açıqlanacağı tarix belə məlum deyil — görünür, bu il təqdimatı artıq gözləməyə dəyməz.