Dünən Hindistanda Cənubi Koreyanın Samsung şirkəti yeni büdcəli Samsung Galaxy M01 smartfonunu təqdim etdi. Yeni məhsulun əsas xüsusiyyəti Dolby Atmos texnologiyasını dəstəkləməsidir.
Smartfon Android 10-a əsaslanan One UI 2 xüsusi proqramı ilə 12nm Qualcomm Snapdragon 439 çipində işləyir. Batareyanın gücü 4000 mAh.
Hindistan bazarında 3/32 GB yaddaş modifikasiyası üçün smartfonun qiyməti 120 dollar olacaq. Qara, mavi və qırmızı rəngi mövcuddur.