Samsung tezliklə Galaxy M01 smartfonunu təqdim edəcək.
Bildirilir ki, Samsung Galaxy M01 5.71 düymlük TFT LCD displey və 5 meqapiksellik ön kamera ilə təchiz edilmişdir.
Smartfon Snapdragon 439 platformasına əsaslanır, 3 GB operativ yaddaş, 32 GB fləş-yaddaş, 4000 mAh batareya ilə təchiz edilmişdir.
Samsung Galaxy M01-nin qiyməti təxminən 130 dollar olacaq. Smartfon gələn ayın əvvəlində Hindistanda təqdim ediləcək.