Məlumat, tanınmış insayder Jon Prosser-dən gəldi. O bildirib ki, Apple 5G dəstəyi AR eynəyində (AR — genişlənmiş reallıq) tətbiq etmək niyyətindədir. Məlumat verən şirkət, ağıllı eynəklərin Wi-Fi versiyasını təqdim etməyəcəyini iddia edir.
İddiaya görə Apple Glasses virtual obyektlərini dəqiq göstərmək üçün bir sıra sensorlar da alacaq. Mart ayında iPad Pro’da təqdim edilən yeni LiDAR skaneri də kömək edəcəkdir. Bundan əlavə, eynəklər daha yaxşı kalibrləmə üçün iPhone və Apple Watch məlumatlarından istifadə edəcəkdir.
Apple Glasses yeni bir istifadəçi interfeysi ilə işləyəcəyi qeyd edildi. Şəxsi məlumatları eynəkdə yalnız onların sahibi görə bilər. Digər insanların fərdi ekrana girişi olmayacaq. Apple Eynəkləri ən adi eynəklərə bənzəyəcək.