spot_img
22 ноября, 2024
ДомойAVФототехникаNikon şirkəti kamera bazarında yenidən 2-ci yerə yüksəlib

Nikon şirkəti kamera bazarında yenidən 2-ci yerə yüksəlib

BCNranking resursu Yaponiyada ötən ilin kamera satışları haqqında statistik məlumatları paylaşıb. Kamera bazarında artıq uzun müddət olduğu kimi, Canon yenə də ilk sırada qərarlaşıb. Şirkət ümumilikdə bazarın 33.6% hissəsinə sahibdir.

İkinci pilləyə isə yenidən Nikon şirkəti yüksəlib. Onlar bazarda 19.2% hissəyə sahibdirlər. Sony şirkəti isə satışların kəskin enməsi ilə 17.5% pay sahibi ilə üçüncü pilləyə eniblər. Nikon şirkətinin bu uğurunu güzgüsüz Z-50 modelinin təqdim edilməsi ilə əlaqələndirirlər. Yeni Sonu A9II kamerası isə daha çox peşəkarlar üçün nəzərdə tutlduğu üçün o qədər də populyarlıq əldə edə bilməyib.

Maraqlısı budur ki, Micro Four Thirds sistemli kameralar istehsal edən Olympus şirkəti artıq ciddi şəkildə ilk üçlüyə yaxınlaşa bilib və Sony-ni sıxışdırıb çıxara bilər. Onların bazar payı 16.1%-ə çatıb.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,990ФанатыМне нравится
1,015ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -