spot_img
25 ноября, 2024
ДомойТелекомАкции и кампанииApple şirkəti 2019-cu il üçüncü rübün maliyyə hesabatını təqdim edib

Apple şirkəti 2019-cu il üçüncü rübün maliyyə hesabatını təqdim edib

29 iyun tarixində Apple şirkəti üçün 2019-cu maliyyə ilinin üçüncü rübü başa çatıb. Şirkətin gəlirləri 53 milyard dollar təşkil edib və bu 1% artım deməkdir. Beynəlxalq satışlar gəlirlərin 59%-ni təşkil edib. Ümumi gəlirin demək olar ki, yarısı — 25,9 milyard dollar — iPhone smartfonlarının satışından əldə edilib. Ötən ilin bu vaxtı analoji göstərici 29,4 milyar dollar idi. Başqa sözlə ifadə etsək, satışlar bir il ərzində 12% azalıb.

Gəlirlər üzrə ikinci sıra servisə aiddir — 11,4 milyard dollar. Mac kompüterləri cəmi 5,8 milyard dollar dəyərində satılıb, iPad planşetlərində isə bu göstərici 5 milyard dollara bərabərdir. Elektron saatlar, aksessuarlar və digər texnikanın satışından gələn gəlir 5,5 milyard dollar təşkil edib. Xalis gəlir 10 milyard dollardır.

Apple şirkətinin cari rübün sonuna olan göstəricilərə əsasən aktivlərinin ümumi dəyəri 322,239 milyard dollardır. Bir il öncə bu rəqəm 365,725 milyard dollar idi.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,989ФанатыМне нравится
1,015ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -