spot_img
22 ноября, 2024
ДомойТехнологииСмартфоныSamsung Galaxy A50 - daha dolğun hisslər üçün üçmodullu kamera!

Samsung Galaxy A50 — daha dolğun hisslər üçün üçmodullu kamera!

İlk baxışdan Galaxy A50 A30 modelini xatırladır, belə ki, hətta ölçüləri belə tam bənzərdir: ölçüsü — 158,5×74,7×7,7 mm və çəkisi — 166 q. Lakin, smartfonların tam fərqli olduğunu anlamaq üçün, cihazı əlinizə götürmək kifayət edir. 6.4” “sərhədsiz” displey 1080х2340 piksel icazəyə malikdir (19.5:9) və parlaqlığın dərəcəsinin avtomatik tənzimlənməsini dəstəkləyir. SuperAMOLED texnologiyası ilə ərsəyə gətirilmiş ekran rəngləri yüksək dəqiqliklə ötürməyə qadirdir, belə ki, burada ağ rəng parlaq qara rəng isə maksimal dərəcədə dərin ifadə edilir. Displey üzərində sizi əlavə sürpriz də gözləyir – barmaq izi skaneri ekran üzərində quraşdırılıb. Smartfonu aktiv etmək üçün, barmağınızı xüsusi naxışlarla qeyd edilmiş zonaya qoymaq kifayətdir, belə ki, ekranda yaşıl dairə əks etdirilibsə deməli audentifikasiya uğurla başa çatdırılıb.

Həmçinin, smartfon “Face recognition”funksiyasını da dəstəkləyir. Bu funksiya üz cizgilərinizi inanılmaz dəqiqliklə təyin etməyə qadirdir.

Cihazın korpusunun ön hissəsində 25 MP-lik və f/2.0 işıq gücünə malik matrisalı kamera quraşdırılıb. Kamera Boke effekti daxil, bir çox təsvir effektini dəstəkləyir.

Gün işığında göy qurşağı rəngləri ilə parıldayan arxa qapaq üzərində üçmodullu kamera yerləşdirilib. Əsas obyektiv f/1,7 diafraqmalı 25MP-lik matrisadan ibarətdir. Əlavə modul 123 dərəcə baxış bucaqlı, f/2,2 diafraqmalı 8 MP icazəli geniş bucaqlı linza ilə təchiz olunub. Və nəhayət üçüncü obyektiv isə “Life focus” rejimində dərinliyi tənzimləyən 5 MP-lik sensordan ibarətdir. Sadə dildə desək, axırıncı kamera əsas obyektivə daha keyfiyyətli Boke effektini əldə etmək üçün kömək edir. Əlavə edək ki, üçlü modul üzəridən işləyən kamera FullHD keyfiyyətli video çəkimi dəstəkləyir.

Smartfonda şirkətin öz istehsalı olan Exynos 9610 prosessoru quraşdırılıb. 4Qb RAM və 64 QB daxili yaddaşla birlikdə smartfon istənilən məsələni donma halları baş vermədən tez yerinə yetirir. Həmçinin, burada daxili yaddaşın həcmini microSD vasitəsi ilə 512 Qb qədər artırmaq mümkündür. Smartfonda təqdim edilmiş slotda 2 “yuva” SİM kart, üçüncüsü isə yaddaş kartı üçün nəzərdə tutulmuşdur.

Galaxy A50 sürətli yükləməni dəstəkləyən 4000 mAh həcimli Li-Pol akkumulyatoru quraşdırılmışdır. Cihaz USB Type-C çıxışının köməyi ilə yüklənir. Həmçinin, burada qulaqcıqlar üçün klassik 3.5 mm qoşulma nəzərdə tutulmuşdur. Qeyd edək ki, bu modelin komplektinə “damlaya” bənzər ənənəvi Samsung qulaqcıqlarıda daxildir.

Qeyd edək ki, smartfon artıq yerli bazarda mövcuddur və qiyməti 649 AZN təşkil edir.

Galaxy A xəttinin smartfonları haqqında ətraflı məlumatı Baku Electronics, Irshad Electronics, Kontakt Home, Maxi.Az, Soliton və Optimal mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,990ФанатыМне нравится
1,015ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -