Digitimes resursunun verdiyi məlumata əsasən, Çinin Huawei şirkəti notubuk istehsalı və satışlarını dayandırıb. Əməliyyatların nə zaman bərpa ediləcəyi məlum deyil. Şirkət istehsal üzrə tərəfdaşlarına rəsmi məlumat göndərərək ehtiyyat hissələrinin istehsalını dayandırmağı xahiş edib. Bundan başqa, Huawei yeni layihələrin icrasını da dayandırmaq qərarına gəlib.
Hal-hazırda Huawei-nin Intel prosessorlarına və Windows əməliyyat sisteminə layiqli alternativi yoxdur. Microsoft və Intel isə ABŞ-Çin ticarət müharibəsinə görə Huawei ilə əməkdaşlığı dayandırmaq məcburiyyətində qalıblar.