Məşhur insayder Ben Geskin, hansı ki, oxuyucular arasında yetərincə güvən qazana bilib, Google Pixel 4 və Pixel 4 XL smartfonlarının render fotolarını paylaşıb.
Geskin Google şirkətinin növbəti flaqmanlarını ən son məlumatlara əsasən təqdim edib. Cihazların ön panelində ekranın üst hissəsində kifayət qədər böyük çərçivənin olduğu görünür. Əsas kamera 3 moduldan ibarətdir və dördbucaqlı bloka yerləşdirilib. Qeyd edilir ki, Google Pixel 4 üzərində üç dizayner komandasının işlədiyi bildirilir. Ən sonda şirkət üç seçimdən birinə üstünlük verəcək.