Marketinq kampaniyası çərçivəsində Redmi Note 7 smartfonunu müxtəlif sınaqlardan keçiriblər: metalik boruda pilləkəndən aşağı atmaq, ekranı ilə qoz və fındıq sındırmaq və s. Smartfon çox böyük populyarlıq əldə etməyi bacarıb. Müasir dizayn, yaxşı kamera və çox münasib qiymət sayəsində milyonlarca alıcının seçimi məhz Redmi Note 7 oldu.
İndi isə Xiaomi şirkətinin başçısı Lei Jun məlumat verib ki, Redmi Note 7 qazla doldurulmuş xüsusi bir qurğuda açıq kosmosa göndərilib. Smartfon 30 km yükəskliyə qədər qalxıb (-60 °С).
Bu hündürlükdə smartfon planetimizin şəkillərini çəkə bilib.