spot_img
20 апреля, 2024
ДомойТелекомСобытияTechCentrum Data Science üzrə 3 aylıq təlimlərə start verir!

TechCentrum Data Science üzrə 3 aylıq təlimlərə start verir!

TechCentrum İnkişafda olan Texnologiyalar sahəsində təhsil, karyera və inkişaf imkanlarının mübadiləsi məqsədilə yaradılmış platformadır. Üç aylıq fəaliyyəti nəticəsində TechCentrum platforması 700-dən çox iştirakçıya Data Science və Data Enginerring, Cpython, Data Products Management üzrə təlimlər və vebinarlar təşkil etmiş, Facebook kimi böyük Tech şirkətərində İT üzrə iş imkanları, təhsil, təcrübə və yay məktəbləri ilə bağlı informasiya mübadiləsi həyata keçirmişdir.

Sahəyə olan maraq, mütəxəssislərin azlığını nəzərə alaraq az-təminatlı və tədris üçün yetərli büdcəsi olmayan seçilmiş tələbələr üçün TechCentrum əlçatan Data Science təlimlərinə start verir. Təlimlər Barama İnnnovasiyalar Mərkəzinin dəstəyi ilə həyata keçirilir.

Təlimlər 3 ay davam edəcək. İştirak üçün yerlər məhduddur.

Qeydiyyat — https://goo.gl/forms/lSDSyMwPGNAH8gjZ2.

Qeydiyatın son tarixi: 29 Mart 17:00

Təlimçı: Kamil Ələsgərov

  • Bank sektorunda data analizi və risklərin idarə edilməsi sahəsi üzrə 10 illik təcrübəsinə malikdir;
  • Statistika, Ekonometrika və Əməliyyatların tədqiqi (Operations Research) sahələri üzrə İqtisad, Xəzər və ADA universitetlərində tədris edib;
  • Baker Tilly Azerbaijan-da risk sahəsi üzrə layihə meneceridir və Azərbaycan maliyyə sektorunda Data Science-in tətbiqi ilə məşğuldur;
  • «Data science və machine learning essentials» mövzusunda təlimçi

Kursun proqramı, aşağıdakı mövzulardan ibarətdir:

  • Riyazi analiz və xətti cəbrin ümumi təkrarı;
  • Təsviredici və inferensial statistikanın təkrarı;
  • Komanda sətri (cmd) ilə işləməyin əsasları;
  • Verilənlər bazaları tanışlıq;
  • SQL DML ilə tanışlıq;
  • Python, R və OOP;
  • Data strukturları, datanın daxil edilməsi, təmizləməsi, formatın uyğunlaşdırılması və mövcud olmayan (missing) məlumatlara yanaşma;
  • Python ilə veb mənbələrdən avtomatik data əldə edilməsinin əsasları;
  • Datanın visual analizi;
  • Python və R-da əsas statistic metodlar, modelləşdirmə və proqnozlaşdırma;
  • “Maşının öyrənməsi”: nəzarətli, nəzarətsiz və təsdiqləyici;
  • Süni neyron şəbəkələrin əsasları;
  • “Ağıllı dəyişənlər”-in yaradılması prinsipləri.

Təlimlərin başlama Tarixi: Aprel, 2019

Məkan: Barama İnnovasiyalar Mərkəzi

Dərslər 90 dəqiqə və həftədə iki dəfə olmaqla 3 ay davam edəcək.

Əlavə məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,050ФанатыМне нравится
1,021ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -