MIUI sisteminin istifadəçi sayı artıq 242 milyona çatıb. Xiaomi şirkəti belə böyük rəqəmdən böyük gəlir əldə etməyi bacarır. Belə ki, sistemə quraşdırılan reklamlar və internet-servislər şirkətin əsas gəlir mənbəyindən biri sayılır. Ötən il ərzində gəlir artımı 61.2% təşkil edib ki, bu da 2.38 milyard dollar deməkdir. Bu gəlirdən 30%-i təkcə reklamdan əldə edilir.
Qeyd edilir ki, MIUI-da reklam baxışına görə Xiaomi adam başına hər ay 9.82 dollar qazanır. Şirkət başçısı Ley Zun müsahibəsində bildirib ki, bütün vergilər ödəndikdən sonra təmiz marja nəinki 5%-i keçmir, hətta 1%-ə yaxınlaşır. Bu da o deməkdir ki, şirkətin əsas gəlir siyasəti smartfon satışına deyil, reklam biznesinə yönəlib.