spot_img
27 апреля, 2024
ДомойТехнологииСмартфоныXiaomi Mi 9 rəsmən təqdim edildi: DxOMark kamera keyfiyyətini artıq analiz edib

Xiaomi Mi 9 rəsmən təqdim edildi: DxOMark kamera keyfiyyətini artıq analiz edib

Söz verildiyi kimi bu gün Xiaomi şirkətinin başçısı Lei Jun şəxsən Mi 9 flaqmanını təqdim edib. Beləliklə, Mi 9 smartfonuna Samsung istehsalı 6.39 düymlük AMOLED displey quraşdırılıb (Full HD+). Ekran ön panelin 90.7%-ni örtür. Korpusun qalınlığı 7.61 mm təşkil edir, çəkisi isə cəmi 173 qramdır.

Ekranın altına barmaq izi skaneri quraşdırılıb, ekran özü isə Gorilla Glass 6 ilə örtülüb. Xiaomi Mi Qualcomm Snapdragon 855 prosessoru ilə təchiz edilib və AnTuTu-da rekord 387.851 bal yığır. Qrafik sürətləndirici GPU Adreno 640-dır.

3 kameradan ibarət modulun əsas sensoru Sony IMX586 tiplidir və 48 mp-dir. Diafraqma F/1.75 olaraq tənzimlənib. Digər iki sensor 16 mp və 12 mp-dir (2 qat optik zoom). Qeyd edək ki, DxOMark cihazı artıq test edib və 107 balla rəsmi olaraq ən güclü kameraya malik Xiaomi smartfonu elan edilib. Ümumilikdə isə Huawei Mate 20 Pro və P20 Pro-dan 2 bal geri qalaraq dünyanın üçüncü ən yaxşı kamerası elan edilib (Mi 9 video çəkilişdə Huawei-dən geri qalsa da, foto çəkilişdə rəqiblərini üstələyib). Frontal kamera 24 mp-dir.

Yeni flaqman nəhayət ki, simsiz enerji yığma texnologiyası ilə təchiz edilib. Batareya 3300 mAh təşkil edir. Qiymətə gəldikdə isə, Mi 9 6/128 GB versiya 445 dollara, 8/128 GB versiya 490 dollara, Mi 9 Pro (şəffaf arxa qapaqlı) 12/256 GB versiya isə 595 dollara satışa çıxarılıb.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,048ФанатыМне нравится
1,019ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -