spot_img
22 ноября, 2024
ДомойТехнологииСмартфоныHuawei Mate 20 Pro-nu almaq üçün 10 səbəb

Huawei Mate 20 Pro-nu almaq üçün 10 səbəb

Huawei şirkətinin Mate 20 Pro seriyası qısa zamanda istifadəçilər arasında populyarlıq qazanıb.

Şirkətin bu flaqman modelində tətbiq etdiyi süni intellekt texnologiyası imkanları, daha üstün texnoloji parametrlər və ilk dəfə tətbiq olunan yeniliklər istifadəçilərin bütün dünya üzrə bu modeli əldə etməyə can atmasını şərtləndirib.

Mütəxəssislər bu cihazın istifadəçilər tərəfindən əldə edilməsi üçün 10 səbəbi qeyd ediblər.

Bunlar cihazın korpusunun erqonomik dizaynı və rəng çaları, telefonun iki gün ərzində enerji saxlaması (ekranın eyni parlaqlıq rejimində 8-8.5 saat aktiv çalışması ilə), sürətli prosessora malik olması, sürətli şəkildə enerji yığması, 3D üz tanma sistemi və barmaq izi ekran skaneri, IP 68 standartı ilə toz və sudan mühafizə imkanı, maksimal görüntü ilə parlaq əla OLED ekran, məişət texnikasını idarə etmək üçün pult kimi istifadə imkanı, 3 əsas kamera və nəhayət cihazın uzunmüddətli həyat tsiklidir.

Huawei şirkətinin Mate 20 Pro modeli olduqca uğurlu və maraqlı alınıb. Qeyd edək ki, bir çox məsələlər məhz şirkətin bu modelində öz həllini tapıb. Texnoloji imkanların kompleks olaraq bir telefonda cəmləşməsi və cihazın istifadəçiyə universal imkanlar təqdim etməsi nəticəsində bu model dünya üzrə rəğbətə səbəb olub.

Yeri gəlmişkən bir faktı qeyd etmək yerinə düşər ki, şirkətin istehsal etdiyi uğurlu modellər Huawei-in Avropa və Çin bazarlarında istifadəçilər arasında ən üstünlük verilən seçimlərdən biri olmasını təmin edib. Şirkətin özünün yaydığı statistik məlumata əsasən dünyanın 170-dən çox ölkəsində Huawei smartfonlarını istifadə edən istifadəçilərin ümumi sayı 500 milyondan çoxdur.

Huawei CBG qrupu və məhsulları haqqında daha ətraflı məlumat:

https://www.facebook.com/HuaweimobileAZ/

https://www.instagram.com/huaweimobileaz/

https://www.youtube.com/channel/UCfVXuOkhygPuOJ-Uzpr348A

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,990ФанатыМне нравится
1,015ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -