Xiaomi şirkəti Weibo sosial şəbəkəsində 6 noyabr mətbuat konfransı keçirəcəyi haqqında məlumat paylaşıb. Gözlənilir ki, bu tədbirdə Xiaomi Redmi Note 6 smartfonu təqdim ediləcək. Lakin, son yayılan şaiyələrə əsasən, Xiaomi bu tədbirdə yeni noutbuklarını ictimaiyyətə təqdim edəcək.
Yeni modelin «əlçatan» seqmentə aid olacağı, 8-ci nəsil Intel Core i3 prosessorları ilə təchiz ediləcəyi deyilir. Bundan başqa, yeni model noutbuklarda keyfiyyətli Dolby Atmos dinamikləri, UHS-II tipli yüksək sürətli yaddaş kartı slotu, barmaq izi texnologiyası da mövcud olacaq. Bu funksionala malik noutbukların qiymətinin 430 dollar olacağı deyilir.