Şəbəkə təqdimata hazırlaşan Xiaomi Mi 8C smartfonunun şəkilləri yayılıb. Çin mənbələrinə əsaslanan iGeekPhone resursu bu məlumatı yayıb.
Belə ki, Xiaomi Mi 8C cari ilin sonunadək təqdim ediləcək. Bu smartfon Xiaomi Mi 8SE modelinin daha ucuz və kompaktlaşdırılmış versiyası olacaq. Cihaza şirkət prosessoru olan Surge S2, 4/64 və ya 6/128 GB daxili yaddaş, əsas qoşa 12 mp kamera / 16 mp ön kamera quraşdırılacaq. Üz ilə kilid funksiyası mövcud olacaq. Bundan başqa, qeyd edilir ki, Xiaomi Mi 8C şirkətin NFC dəstəkləyən ən ucuz smartfonu olacaq. Qiymətin isə təxminən 145 dollar olacağı deyilir.