2.6 Ghz tezliyə malik 8 nüvəli HiSilicon Kirin 980 prosessoru, Mali-G76 qrafik sürətləndiricisi, 6 GB RAM və 4200 mAh batareya ilə təchiz edilmiş flaqman model olan Huawei Mate 20 Pro bençmarklarda sınaqdan keçirilib. Smartfonun özəlliyi 3 kameraya sahib olmasıdır: müvafiq olaraq 40, 20 və 8 mp.
İlk olaraq cihaz Geekbench 4-də sınaqdan keçirilib. Burada Mate 20 Pro iPhone XS Max, iPhone X və Note 9 smartfonlarından geri qalıb, lakin, Pixel 3 XL, OnePlus 6 və Sony Xperia XZ3-ü problemsiz geridə qoyub.
GeekBench Multi Core testlərində Mate 20 Pro Galaxy Note 9-u keçə bilsə də, iPhone modellərindən yenə də geri qaldı.
AnTuTu bençmarkında Huawei təmsilçisi iPhone X modeli olmaqla bütün smartfonları üstələdi. Yalnız yenə də iPhone XS Max modelini keçə bilmədi.